IV “Maarifçi” tələbə-məzun təcrübə proqramının qalibləri!
MƏZUNLAR
30 İyul 2026
SABAH qrupları Bakı Dövlət Universitetinin Kimya müəllimliyi ixtisasının 2026-cı il məzunları İlahə Xəlfəyeva, Leyla Hüseynova, Hüquqşünaslıq ixtisasının 2026-cı il məzunları Aysu Ayaz, Aysun Hüseynova, Aytac Əlizadə, Nuray Əhmədova IV “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısı olmaq haqqını qazanıblar.
Proqram çərçivəsində iştirakçılar Elm və Təhsil Nazirliyi, eləcə də tabe qurumlarının müxtəlif struktur bölmələrində təcrübə keçəcəklər. Proqramın məqsədi tələbə və məzunlara təcrübə imkanı yaratmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini real iş mühitində tətbiq etmək və gənclərə peşəkar vərdişlər qazandırmaqdır.
Qeyd edək ki, bu il IV “Maarifçi” tələbə-məzun proqrama rekord sayda – 5 096 müraciət daxil olub, seçim mərhələlərinin yekununda 53 namizəd proqram iştirakçısı seçilib.